2017-ci ildən Dt.Rəfael Paşayevin təşəbbüsü ilə qurulmuş “Stomatolojiayaq” layihəmiz qayğıya ehtiyacı olan aztəminatlı ailələrə təmənnasız stomatoloji xidmətlər göstərməyə yönəlmişdir. Ehtiyaclı insanlara öz xidmətlərini təmənnasız təqdim edən stomatoloji peşə sahibləri və şirkətlər, eləcə də inzibati idarəetməni təmin edən ofis komandamız heyyətimizi təşkil edir. Ehtiyaclı insanlara öz peşələri vasitəsilə yardım göstərmək və layihəmizə töhfə vermək şövqü olan könüllülərimizin peşəkarlar olmağı bu xeyriyyə fəaliyyətinin yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edir.
“Stomatolojiayaq” layihəsinin məqsədi bahalı stomatoloji xidmətləri aztəminatlı ailələrə əlçatan etməklə onlara sağlam təbəssüm bəxş etməkdir.Ehtiyaclı insanların səhhətinin yaxşılaşdırılması, nitq qüsurlarının aradan qaldırılması, onlara estetik təbəssüm bəxş edilməsi və s. kimi xidmətlərin həyata keçirilməsi məqsədimizin özəyini təşkil edir. O cümlədən üzündən yara almış qazilərimizə YAŞAT FONDU ilə əməkdaşlıq çərçivəsində stomatoloji yardımlarımız davam edir.